MƏRCAN ADALARI

mərcan qurğularının parçalanmış məhsullarından, nadir hallarda mərcan əhəng daşlarından əmələ gələn, adalar. коралловые острова coral islands
MƏNŞƏCƏ YEKCİNS SƏTH
MƏRCAN POLİPLƏRİ
OBASTAN VİKİ
Mərcan adaları
Mərcan adaları (ing. Coral island)- Ya zəlzələ, ya suyun səviyyəsinin qalxması, ya da yer qabığının yerdəyişməsi nəticəsində materiklərdən ayrılanlar, vulkan lavalarının və mərcan kaloniyalarının ölmüş qalıqlarinin üst-üstə yığılıb qalmasından yaranan adalar. Mərcan adaları əsasən altışüalı mərcan poliplərinin və qırmızı yosunların qalıqlarının üst-üstə yığılması nəticəsində yaranır. Ekvator və tropik qurşaqlarda, suyun temperaturu il boyu 200 C-dən yuxarı olan sahələrdə geniş yayılmışdır.
Əl-Mərcan adaları
Əl-Mərcan adaları — Fars körfəzində yerləşən süni arxipelaq. Arxipelaq dörd allüvial adadan ibarətdir. Adalar bir-birinə avtomobil körpüləri vastəsi ilə birləşmişdir. İnzibati baxımından Birləşmiş Ərəb Əmirlinin tərkibinə daxil olan Ras əl-Xayma əmirliyinə aiddir. Adalar Əl-Mərcan-Aylend şirkətinə məxsusdur. Arxipelaq turistlər arasında olduqca populyardır. 2014-cü ildə adaları yüz mindən artıq turist ziyarət etmişdir. 2013-cü ildən bu günə qədər adalar turizm sənayesi, eləcə də bitişik infrastruktur obyektlərinin istifadəsi hesabına inkişaf edən tam təchiz edilmiş yaşayış sahəsi formalaşmışdır. 2014-cü ildə adalara gələn yüz min ziyarətçinin 23 %-i BƏƏ-nin sakinləri olmuşdur. Ras əl-Xaymaya gələn turistlərin əksəriyyəti Rusiya, Şərqi Avropa və Böyük Britaniya vətəndaşlarıdır.
Mərcan dənizi
Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.
Mərcan lili
Mərcan polipləri
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Böyük mərcan rifləri
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir. == "Kəşf" və adlandırma == Böyük Bariyer rifi uzun müddətdir ki, aborigen Avstraliya və Torres Boğazı Adalı xalqları tərəfindən tanınır və istifadə olunur və yerli qrupların mədəniyyətlərinin və mənəviyyatının mühüm hissəsidir. Böyük Səd rifini ilk görən avropalı 1770-ci ildə Avstraliyanın şərq sahillərini üzərək xəritəni çəkən Ceyms Kuk olmuşdur. 11 iyun 1770-ci ildə Kukun gəmisi HMS Endeavour, Kuktaun şəhərinin indiki yerləşdiyi yerin cənubundakı sahildə quruya oturdu və təmir üçün yeddi həftə tələb olundu.
Mərcan adası (Sinqapur)
Mərcan adası (ing. Coral Island) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Sentosa adasından cənub-qərbdə yerləşir. Ada bahalı istirahət ərazilərdindəndir. Burada burada villalar, kazinolar, çimərliklər, Kempinq üçün yerlər vardır.
Xacə Mərcan (Şəbüstər)
Xacə Mərcan (fars. خواجه مرجان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 631 nəfər yaşayır (152 ailə).
Mərcan dənizi adalarının ərazisi
Mərcan dənizi adalarının ərazisi (ing. Coral Sea Islands Territory) — Avstraliyanın Kvinslend əyalətinin şimal-şərqindəki Mərcan dənizinin kiçik və əsasən yerləşməmiş tropik adaları və qayalarının qrupuna daxildir. Bu adaların hamısı Avstraliya xaricindədir. Adalar tərəfindən işğal edilən dəniz sahəsinin ümumi sahəsi 780 min km²-dir. Torpaq sahəsi — 10 km²-dən az. Onlar Herald və Bekon adaları, Osprey qayaları, Uillis adaları qrupu və on beş digər qaya qrupları və adalar daxil olmaqla Böyük Sədd rifinin şərqində və cənubunda yerləşirlər. XVIII–XIX əsrlərdə dənizçilər üçün çox ciddi bir təhlükə təmsil etdilər, Mərcan dənizinin dibi ölü gəmilərin əsl qəbiristanlığıdır. 1921-ci ildə adalarda meteoroloji stansiya yaradıldı. 1969-cu ildə adalar Avstraliya ərazisi elan edildi. 1982-ci ildən Lixou və Korinq rifləri, 1987-ci ildən isə Elizabet və Middlton Seylor qayaları Avstraliyanın milli qoruqları elan edildi.
Cəmiyyət adaları
Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü. Sahəsi 1,6 min km2 . Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir. İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında).
Dardanel adaları
Dardanel adaları - Xəzər dənizində yerləşən Azərbaycana məxsus adalar qrupu. Dardanel qrupu kiçik adalardan ibarətdir. Relyefi düzənlikdir və hündürlüyü 1 metri keçmir. Kiçik Tava adası və Koltiş adalarından cənubda, Yal adası və Çurki adasından şimalda yerləşir. Abşeron arxipelaqının tərkib hissəsini təşkil edir. Okean səviyyəsində -28 metr aşağıda yerləşir.
Delarov adaları
Delarov adaları (ing. Delarof Islands, aleut. Naahmiĝun tanangis) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan kiçik adalar qrupu. Adreyanov adalarının şərq hissəsindən Tanaqa boğazı, Amçitka və Semisopoçnı adalarının qərbindən isə isə Amçitka boğazı ilə ayrılır. Qrupa 11 ada daxildir: Amatiqnak adası (Amagtignak), Qorelı adası, Ilak, Kavalqa (Qavalĝa), Oqliuqa (Aglaga), Skaqul (Sxaĝulax̂), Taqs (Tagachaluĝis), Tanadak (Tanaadax̂), Uqidak (Qagan-tanax̂), Ulak (Ulak) və Unalqa (Unalĝa). Adalar öz adını 1836-cı ildə Fyodor Litke tərəfindən verilmişdir. Adalar yunan dənizçisi Evtratiya Delarovun şərəfinə adlandırılmışdır.
Dezappuentman adaları
Dezappuentman adaları (fr. Îles du Désappointement) — Tuamotu arxipelaqına daxil olan adalar qrupu (Fransa Polineziyası). Arxipelaqın şimalında yerləşir. İnzibati baxımından Napuka kommunasına daxildir. Adalar qrupuna 3 atoll daxildir: Adalar qrupu 1665-ci ildə ingilis səyyahı Con Bayron tərəfindən kəşf edilir. 2007-ci il məlumatına görə adalarda 472 nəfər yaşayır. Yerli əhalinin əsas məşquliyyəti Kopra istehsalı, mirvari toplamaq və balıqçılıqdır.
Diabazovıye adaları
Diabazovıye adaları — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində yerləşir. Komsomoles cənub-şərq qutaracağında, Obrivistiy burnundan 1,7 km aralıda yerləşir. Arxipelaqa daxil olan ən böyük 700 metr uzunluğa, 300 metr enə, ən kiçik ada isə 450 m uzunluğa, 250 m enə sahibdir. Çoxunun sahilləri sıldırımlıdır. Burada maksimal hündürlük 59 metrdir. Adalar arasında məsafə 300 metrdir.
Dunay adaları
Dunay adaları — Laptevlər dənizində yerləşən adalar qrupu. Lena deltasının şimalında qərarlaşır. Saxa ərazisinə daxildir. Sdalar qrupuna daxildir: Yeqorşa, Lepyeşkalabıt-Byelkyeye, Dunay-Arıta. Arxipelaqın ən iri adası Dunay-Arıta adasıdır. Ada və bütün adalar qrupu Yenisey kazakı Konstantin Stepanoviç Dunayın şərəfinə adlandırılmışdır Sovet dönəmində Dunay-Arıta adasında qütb stansiyası fəaliyyət göstərirdi.
Dyomin adaları
Dyomin adaları (yap. 春苅島) — Kuril adalarının cənubunda yerləşən Cənubi Kuril sırasına daxildir. Rusiyanın Saxalin vilayəti, Cənubi Kuril şəhər dairəsi ərazisinə daxildir. Adaya Yaponiya iddia edir. Yaponlar adanı Hokkaydonun Nemuro dairəsi ərazisinə daxil edirlər. Adanı yaponlar Habomay adaları qrupuna daxil edirlər. Ada Rusiyaya məxsus dövlət təbiət qoruğu Kurilsk qoruğu ərazisində yerləşir. Adada yaşayış yoxdur. Ada öz adını hidroqraf Leonid Aleksandroviç Dyomnin şərəfinə adlandırılmışdır. Şimal-şərqdən cənub-qərbə 4,5 km məsafədə uzanır.
Estoniya adaları
Estoniya adaları — ölkə ərazisinin bir hissəsini təşkil edən torpaq parçası. Estoniya ərazisində 2222 ada vardır. 318 adanın sahəsi 1 hektardan çoxdur. Onların ümumi sahəsi - 4,2 min km², yaxud ölkə ərazisinin təxminən 9 % (45,227 min km²). Baltik dənizində 500-dən çox ada Estoniyaya məxsusdur. Ölkənin ən böyük adaları: Saaremaa, Hiyumaa, Muhu, Vormsi. Adı çəkilən adalar həm də Moonzund arxipelaqına daxildirlər. Estoniyanın və Moonzund arxipelaqının ən böyük adası Saaremaadır. Adanın sahəsi 2673 km², əhalisi 30 min nəfər təşkil edir. Estoniyanın adalarında ümümi əhalinin 3% yaşayır.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.
Faddey adaları
Faddey adaları — Laptevlər dənizində Taymır yarımadasının şərq sahillərində, Faddey körfəzi rayonunda, Faddey burnundan şimal-şərqdə yerləşən adalar qrupu. Taymır yarımadasından boğazla ayrılır. Yarımada ilə arxipelaq arasında kiçik Kapitanski adası yerləşir. Adalardan şimalda iri Bolşoy adası, şimal-qərbində isə Fiqurnıy adası yerləşir. Şimal və şərqdən bir başa açıq dənizə açılır. Adalar bitki örtüyündsənn məhrumdurlar. Aralarında sahə baxımından ən kişiyi Şərqi Faddey adasıdır. Adalar, körfəz və burun xristian müqəddəslərindən olan Faddeyin şərəfinə adlandırılmışdır. Belə ki, adalar Yulian təqviminə görə yanvarın 21 kəşf edilmişdir. Bölgəni ilk dəfə leytenant Xariton Laptev 1739-cu ildə kəşf edir.
Farer adaları
Farer Adaları (far. Føroyar) — Atlantik okeanının şimal hissəsində Şotlandiya ilə İslandiya arasında yerləşən adalar qrupu. Danimarka Krallığının tərkibinə daxildir, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. Farer Adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn (əhalisi 2005-ci ilin məlumatına görə 19,2 min nəfər) şəhəridir.Farer Adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik (4773 nəfər) şəhəridir. Farer Adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir. Farer Adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km.-dir. Farer Adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Folklend adaları
Folklend adaları — Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır. Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır. Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər.
Havay adaları
Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adalardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır. Adaların böyük hissəsi ABŞ-nin 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Adalar 3600 km məsafəni əhatə edir. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir.
Hebrid adaları
Hebrid adaları (ing. Hebrides [ˈhɛbrɨˌdiːz], şot.kelt Innse Gall) — Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən arxipelaqdır. Britaniya adaları qrupuna daxildir. Arxipelaqın iki ada silsiləsi - Daxili və Xarici Hebrid adaları, Litl-Minç və Nort-Minç boğazları, həmçinin daxili Hebrid dənizi ilə ayrılır. Hebrid adaları 500-ə yaxın qayalı, əsasən hündür adalardan ibarət geniş səpələnmiş qrupdur, onlardan 100-ə yaxını məskunlaşıb. Səthinin sahəsi təxminən 7,2 min km²-dir, bunun təxminən 1,6 min km²-ni göllər tutur. Adaların səthinin çox hissəsini qayalı və ya bataqlıq düzənliklər (torf bataqlıqları) təşkil edir. 1009 m-ə qədər alçaq dağlar (Skay adasındakı Kullin-Hils dağı), həmçinin lava sahələri və qədim buzlaşmanın izləri (troqlar, karrlar) var. Rütubətli dəniz iqlimi, yanvarda orta temperatur 4-6 °C, iyulda 12-14 °C-dir. Çoxlu yağıntı düşür - ildə 2000 mm-ə qədər.